...

İranda koronavirusa yoluxanların sayı 5 milyonu keçib

Dünya xəbərləri Materials 1 Sentyabr 2021 13:44 (UTC +04:00)
İranda koronavirusa yoluxanların sayı 5 milyonu keçib

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 599 nəfər koronavirusdan (COVID-19) ölüb, 33 170 nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 108 393 nəfərə, yoluxanların sayı isə 5 025 233 nəfərə çatıb. Virus daşıyıcılarından 7 860 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 237 315 nəfər koronavirusdan sağalıb, 29 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 28 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 19 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 9 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 306 rayon qırmızı, 110 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti