...

Türkiyə Suriyanın şimalında 9 terrorçunu məhv edib

Dünya xəbərləri Materials 2 Sentyabr 2021 12:54 (UTC +04:00)
Türkiyə Suriyanın şimalında 9 terrorçunu məhv edib

Bakı. Orxan

Türkiyə Suriyanın şimalında antiterror əməliyyatlarını davam etdirir.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, bölgədə PKK terrorçularının atəşə cavab olaraq Türkiyə ordusu artilleriya ilə zərbələr endirib. Nəticədə 9 terrorçununu zərərsizləşdirildiyi məlumat verilib.

Son sutka ərzində Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada qeyd olunur ki, avqust ayı ərzində Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və xaricdə keçirdiyi antiterror əməliyyatları nəticəsində ümumilikdə 212 terrorçu məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti