...

Rəisi İranın istehsal etdiyi peyvəndin ikinci dozasını qəbul edib

Dünya xəbərləri Materials 5 Sentyabr 2021 23:35 (UTC +04:00)

Bakı. Trend:

İran Prezidenti Seyid İbrahim Rəisi bu gün ölkəsində istehsal edilən "Kov İran Barakat" peyvəndinin ikinci dozasını qəbul edib.

Trend xəbər verir ki, bu barədə "İRNA" agentliyi məlumat yayıb.

Məlumata əsasən, İran Prezidenti peyvəndin birinci dozasını avqustun 8-i qəbul edib.

İbrahim Rəisi tibb işçilərinə pandemiya dövründə gördükləri işlərə görə təşəkkür edib və ölkədə koronavirus peyvəndlərinin istehsalını sürətləndirməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti