...

Bayden və Si Cinpin arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 10 Sentyabr 2021 07:34 (UTC +04:00)
Bayden və Si Cinpin arasında telefon danışığı olub

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər ABŞ və Çinin aralarındakı rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üzrə məsuliyyətini müzakirə ediblər:

"Prezident C.Bayden ABŞ-ın Hind-Sakit okean bölgəsində və bütün dünyada sülh, sabitlik və firavanlığa olan dəyişməş marağını vurğulayıb. İki lider rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üçün hər iki ölkənin məsuliyyətini müzakirə ediblər".

Bildirilir ki, dövlət başçıları yalnız iki ölkənin maraqlarının üst-üstə düşdüyü sahələrə deyil, həm də bir-birindən fərqləndiyi sahələrə də toxunublar: "İki lider maraqlarımızın üst-üstə düşdüyü və maraqlarımızın, dəyərlərimizin və fikirlərimizin fərqli olduğu sahələr üzrə geniş strateji müzakirə aparıblar. Onlar hər iki qrup məsələləri açıq və səmimi şəkildə müzakirə etməyə razılaşıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti