...

Avropada təbii qazın qiyməti 700 dollar həddini keçib

Dünya xəbərləri Materials 10 Sentyabr 2021 15:20 (UTC +04:00)
Avropada təbii qazın qiyməti 700 dollar həddini keçib

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa birjalarında təbii qazın qiyməti son sutkada 1 faizdən çox artaraq min kubmetr üçün 700 dollar həddini keçib.

Trend-in məlumatına görə, Niderlandda TTF habında qazın oktyabr fyuçersləri min kubmetr üçün 701,5 dollara çatıb.

Son məlumatlara görə, Avropa birjalarında qazın min kubmetri 699-700 dollar ətrafında alınıb-satılır.

Qeyd edək ki, avqustun sonunda qazın qiyməti min kubmetr üçün 590 dollar təşkil edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti