Bakı. Trend:
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 32 651 yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 371 301 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan 178 nəfər, hazırkı dövrədək isə 134 983 nəfər vəfat edib.