...

Avstraliya daha geniş səlahiyyətlərə malik güclü və müstəqil ÜST-nin yaradılmasını istəyir

Dünya xəbərləri Materials 25 Sentyabr 2021 04:54 (UTC +04:00)
Avstraliya daha geniş səlahiyyətlərə malik güclü və müstəqil ÜST-nin yaradılmasını istəyir

Bakı. Trend:

Avstraliya epidemioloji nəzarət sahəsində daha geniş səlahiyyətlərə malik güclü və müstəqil Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasına və COVİD-19 pandemiyasının səbəbinin tez bir zamanda öyrənilməsinə çağırıb.

Trend-in məlumatına görə, bunu Avstraliyanın baş naziri Skott Morrison BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, dünya ictimaiyyəti gələcək pandemiyaların qarşısını almağı öyrənməlidir və bunun üçün epidemioloji nəzarət və pandemiyalara cavab vermək üzrə daha geniş səlahiyyətlərə malik güclü və müstəqil ÜST yaratmaq lazımdır: "İndiki kimi şəraitlərdə hamımızı qoruya biləcək təşkilatı yaratmaq arzusunu bölüşmək Ümumdünya Səhiyyə Təşkilatına üzv olan hər bir ölkənin borcudur".

S.Morrison həmçinin qeyd edib ki, dünya ölkələri COVID-19-un ilk dəfə necə yarandığını öyrənmək üçün işləri sürətləndirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti