...

Tramp neft qiymətlərinin daha da aşağı salınacağını bəyan edib

Dünya xəbərləri Materials 7 Yanvar 2026 04:32 (UTC +04:00)
Tramp neft qiymətlərinin daha da aşağı salınacağını bəyan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin daha da azalmasına nail olmaq niyyətində olduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar fraksiyasının üzvləri qarşısında çıxışı zamanı danışıb.

Amerika lideri bildirib ki, yaxın vaxtlarda neft şirkətlərinin nümayəndələri ilə görüş keçirməyi planlaşdırır. “Mən neft şirkətləri ilə görüşəcəyəm. Söhbətin nədən getdiyini bilirsiniz. Biz daha çox neft hasil etməliyik ki, bu da qiymətlərin daha da aşağı düşməsinə imkan verəcək”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonda hakimiyyətdə olduğu təxminən bir il ərzində enerji daşıyıcılarının qiymətləri əhəmiyyətli dərəcədə azalıb. Tramp televiziya kanallarında səsləndirilən məlumatlarla razılaşmayaraq bildirib ki, qiymətlərin cəmi 3 faiz azalması ilə bağlı deyilənlər reallığı əks etdirmir.

Prezidentin iddiasına görə, əvvəllər ABŞ-də benzinin bir qallonu 3,50–4 dollar arasında olduğu halda, hazırda bir çox yanacaqdoldurma məntəqələrində bu göstərici 1,99 dollara enib. “Və qiymətlər daha da aşağı düşəcək”, – deyə o əlavə edib.

Tramp həmçinin ABŞ-də dərman vasitələrinin qiymətlərinin azaldılması məqsədilə sığorta şirkətlərinin nümayəndələri ilə də görüş keçirmək niyyətində olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti