Bakı. Trend:
İngiltərə Premyer Liqasında “Vest Hem Yunayted” və “Nottinqem Forest” komandaları arasında keçirilən qarşılaşma başa çatıb.
Trend xəbər verir ki, oyun 2:1 hesabı ilə “Nottinqem Forest”in qələbəsi ilə yekunlaşıb.
Matçın 13-cü dəqiqəsində Murilo topu öz qapısına göndərərək londonluları hesabda irəli çıxarıb. Lakin 55-ci dəqiqədə Nikolas Dominqes bərabərlik qolunu vurub. Qarşılaşmanın taleyini isə 89-cu dəqiqədə penaltidən fərqlənən Morqan Gibbs-Uayt həll edib.
Bu nəticədən sonra “Vest Hem Yunayted” 14 xalla Premyer Liqa turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. “Nottinqem Forest” isə 21 xalla 17-ci yerdədir.
