Bakı. Trend:
Suriyanın şimalında "Sülh mənbəyi" əməliyyatının keçirildiyi bölgədə 6 YPG [PKK terror təşkilatının Suriya qanadı] terrorçu zərərsizləşdirilib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Onların terror aktları keçirməyi planlaşdırdığı bildirilib.
Nazirlik qeyd edib ki, əməliyyatı Türkiyə xüsusi təyinatlıları həyata keçirib.