...

Hindistanda avtobus çaya aşıb, ölənlər var

Dünya xəbərləri Materials 30 Sentyabr 2021 08:48 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Meqhalaya ştatında sərnişin avtobusu çaya aşıb.

Trend-in "NDTV" telekanalına istinadən verdiyi məlumata görə, Tura - Şillonq avtomobil yolunda baş verən hadisə zamanı 6 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobusun sürücüsü yolun çətin hissəsində idarəetməni itirib və maşın uçurumdan Rinqdi çayına düşüb. Hadisə yerinə xilasedicilər və təcili xidmətlər cəlb edilib, xəsarət alanlara tibbi yardım göstərilib.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti