...

"Facebook" üz tanıma sistemindən imtina edəcək

Dünya xəbərləri Materials 3 Noyabr 2021 04:02 (UTC +04:00)

Bakı. Trend:

"Facebook" sosial şəbəkəsinin rəhbərliyi üz tanıma sistemindən imtina etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə sosial şəbəkənin məxsus olduğu "Meta" şirkətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Biz "Facebook"da üz tanıma sistemindən istifadəni dayandırırıq. Bundan istifadə etməyə razılıq verən insanlar artıq foto və videolarda avtomatik müəyyən edilməyəcəklər. Bir milyarddan çox insanın fərdiləşdirilmiş üz tanıma şablonlarını siləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti