...

CAR-da "omikron" ştammına 50 yeni yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 27 Noyabr 2021 13:17 (UTC +04:00)
CAR-da "omikron" ştammına 50 yeni yoluxma qeydə alınıb

Bakı. Orxan Nəbiyev - Trend:

Cənubi Afrika Respublikasında (CAR) son sutka ərzində koronavirusun "omikron" (B.1.1.529) ştammına 50 yeni yoluxma qeydə alınıb.

Trend-in məlumatına görə, ümumilikdə ötən gün öllədə 2 800-dən çox yeni yoluxma qeydə alınıb.

Yoluxanlar arasında ölkənin daxili işlər naziri Aaron Motsoaledinin olduğu bildirilib.

Qeyd edək ki, son günlər Afrikanın cənubunda koronavirusun yeni ştammına yoluxmalar kəskin artıb.

Bununla əlaqədar olaraq, bəzi ölkələr həmin bölgədən uçuşları dayandırıb.

Ötən gün Ümumdünya Səhiyyə Təşkilatı "omikron" ştammını "narahatalıq doğuran" kateqoriyasına daxil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti