...

Ağ Ev Putin və Baydenin görüşəcəkləri tarixi təsdiqləyib

Dünya xəbərləri Materials 5 Dekabr 2021 05:54 (UTC +04:00)
Ağ Ev Putin və Baydenin görüşəcəkləri tarixi təsdiqləyib

Bakı. Trend:

Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında keçiriləcək görüşün tərixini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Onun sözlərinə görə, görüş dekabrın 7-də qorunan videoəlaqə vasitəsilə keçiriləcək. Görüş zamanı tərəflər bir sıra ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, daha əvvəl iki lider arasında görüşün keçiriləcəyini Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi. Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinken də görüşün baş tutacağını və C.Baydenin rusiyalı həmkarı V.Putini Vaşinqtonun Moskva ilə sabit münasibətlər qurmaq niyyəti barədə məlumatlandıracağını qeyd etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti