Bakı. Trend:
Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Yekaterina Tikaradze istefa verib.
Trend-in məlumatına görə, bu barədə bu gün ölkənin hakim "Gürcüs arzusu" partiyasının mərkəzi ofisində keçirilən brifinq zamanı açıqlama verilib.
Bundan sonra sabiq nazir "Gürcüs arzusu" partiyasının siyasi şurasında çalışacaq.
Yekaterina Tikaradze istefasının səbəbini açıqlamayıb.