...

CAR-da koronavirusa yoluxanların sayı azalır

Dünya xəbərləri Materials 18 Dekabr 2021 02:21 (UTC +04:00)
CAR-da koronavirusa yoluxanların sayı azalır

Bakı. Trend:

Cənubi Afrika Respublikasında (CAR) son 24 saat ərzində 20 713 yoluxma halı qeydə alınıb. Bir gün əvvəl bu göstərici 24 785 nəfərə bərabər olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Yoluxucu Xəstəliklər üzrə Milli İnstitutundan bildiriblər.

Məlumata əsasən, ən çox yoluxma halı Qauteq əyalətində aşkarlanıb (5 850, bir gün əvvəl isə 6 744). CAR-ın səhiyyə naziri Co Paahla bildirib ki, "omikron" ştammı ilə başlayan koronavirus pandemiyasının dördüncü dalğası ən çox yoluxma qeydə alınan Qauteq əyalətində 22 gün ərzində pik həddinə çatıb.

Bildirilir ki, ölkədə son sutka koronavirusdan 35 nəfər ölüb, bir gün əvvəl bu göstərici 36 nəfərə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti