...

Rusiyada helikopter qəza enişi edib

Dünya xəbərləri Materials 27 Dekabr 2021 17:18 (UTC +04:00)
Rusiyada helikopter qəza enişi edib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın İjevsk şəhərində Mi-2 helikopteri qəza enişi edib.

Trend-in məlumatına görə, helikopterdə iki nəfər olub. Onların həlak olmadığı bildirilir.

Qeyd olunur ki, hadisə bölgədə neft kəmərlərinin yoxlanışı keçirilərkən baş verib.

Əvvəlcə helikopterlə əlaqə itsə də, qısa müddət sonra pilotlar əlaqəyə çıxa bilib. Hadisə yerinə xilasedicilər göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti