...

Johnson & Johnson peyvəndinin "buster" dozasının "omikrona" qarşı effektivliyi açıqlanıb

Dünya xəbərləri Materials 31 Dekabr 2021 05:39 (UTC +04:00)
Johnson & Johnson peyvəndinin "buster" dozasının "omikrona" qarşı effektivliyi açıqlanıb

Bakı. Trend:

Koronavirusa qarşı Johnson & Johnson peyvəndinin gücləndirici ("buster") dəzasının "omikron" variantına qarşı effektiv olduğu açıqlanıb.

Trend xəbər verir ki, Cənubi Afrika Respublikasında alimlərin apardığı tədqiqatın ilkin nəticələri MedicalXpress saytında yerləşdirilib.

Mütəxəssislər noyabrın 15-dən dekabrın 20-dək tibb işçiləri haqqında əldə etdikləri məlumatları təhlil ediblər. Nəticədə, üçüncü dozanın koronavirusun "omikron" ştammına qarşı 85%-lik qoruyuculuğu ortaya çıxıb.

Pandemiya ərzində Cənubi Afrikada 3,4 milyondan çox yoluxma və 90 min ölüm halı qeydə alınıb.

2021-ci ilin dekabrında Cənubi Afrikadan aparılan araşdırma, Pfizer / BioNTech peyvəndinin omicron-a qarşı ümumiyyətlə daha az təsirli olduğunu, lakin xəstəliyin ağırlaşmasına qarşı 70%-lik qoruyuculuq effektivliyi aşkar olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti