...

Cənubi Koreyada qırıcı təyyarə qəza enişi edib

Dünya xəbərləri Materials 4 Yanvar 2022 23:26 (UTC +04:00)
Cənubi Koreyada qırıcı təyyarə qəza enişi edib

Bakı. Trend:

Cənubi Koreya Hərbi Hava Qüvvələrinin F-35A qırıcı təyyarəsi təlim uçuşu zamanı qəza enişi edib.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər yayıb.

Məlumata əsasən, qırıcı təyyarənin şassisi açılmayıb və pilot təyyarəni o formada endirmək məcburiyyətində qalıb. İnsident Seuldan 151 kilometr cənubda yerləşən Sosan aviabazasında baş verib.

Bildirilir ki, hadisə nəticəsində pilot xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti