...

KXDR-nin balistik raket buraxdığı ehtimal edilir

Dünya xəbərləri Materials 5 Yanvar 2022 04:50 (UTC +04:00)
KXDR-nin balistik raket buraxdığı ehtimal edilir

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikasının (KXDR) balistik raket buraxdığı ehtimal olunur.

Trend-in "TASS"a isitnadən verdiyi məlumata görə, bu barədə Yaponiyanın sahil mühafizəsindən bildiriblər.

Məlumata əsasən, raket dənizə düşüb. Sahil mühafizəsi balıqçı gəmilərini ehtiyatlı olmağa və dağıntılardan uzaq durmağa çağırıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti