...

Pakistanda güclü qar: 20-dən çox insan ölüb (VİDEO)

Dünya xəbərləri Materials 8 Yanvar 2022 17:58 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın Pəncab əyalətində güclü qar yağması nəticəsində iyirmidən çox insan həlak olub.

Trend xəbər verir ki, əyalətin Murri şəhəri yaxınlığında təxminən minədək avtomobil qar altında qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hələlik avtomobillərdə qalan 21 nəfərin öldüyü təsdiqlənib. Həlak olanların sayının artacağı istisna edilmir.

Rayon təbii fəlakət zonası elan olunub.

Son günlər qeyri-adi təbiət hadisəsini müşahidə etmək üçün Murri şəhəri rayonuna 100 mindən çox avtomobillə turistlərin gəldiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti