...

BƏƏ-ni HHM sistemi husilərin atdığı raketi vurub

Dünya xəbərləri Materials 31 Yanvar 2022 02:42 (UTC +04:00)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemi Yəmənin "Ənsar Allah" hərəkatının üzvləri (husilər) tərəfindən BƏƏ istiqamətində atılan ballistik raketi vurub.

Trend-in məlumatına görə, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib.

"Hava hücumundan müdafiə sistemimiz husilər tərəfindən ölkə istiqamətində atılan ballistik raketi vurub. Ballistik raketin qalıqları yaşayışın olmadığı əraziyə düşdüyü üçün insident nəticəsində ölən və yaralanan olmayıb", - deyə məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti