Bakı. Trend:
Bolqarıstan prezidenti Rumen Radev karantinə alınıb.
Trend-in məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti bildirib.
Buna səbəb Bolqarıstan prezidentinin həyat yoldaşı Desislava Radevanın koronavirusa yoluxması olub.
Məlumatda qeyd olunur ki, Rumen Radevin özünün koronavirus testi mənfi nəticələnib. Bununla belə, o, yaxın günlərdə planlaşdırılan görüşlərini təxirə salıb.