...

Belçika koronavirus məhdudiyyətlərini yumşaldır

Dünya xəbərləri Materials 11 Fevral 2022 22:37 (UTC +04:00)
Belçika koronavirus məhdudiyyətlərini yumşaldır

Bakı. Trend:

Gələn həftədən Belçika hakimiyyəti COVID-19 ilə mübarizə tədbirlərini yumşaldacaq və xüsusən də restoran və barların vaxt məhdudiyyəti olmadan işləməsinə icazə verəcək.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, baş nazir Aleksandr de Kronun sözlərinə görə, bir masada otura biləcək insanların sayında da məhdudiyyət qoyulmayacaq

Fevralın 19-dan etibarən epidemioloji təhlükənin rəng səviyyəsi ən yüksək qırmızıdan narıncıya endiriləcək. Həmçinin bar və restoranlarda maska ​​taxma tələbi ləğv olunacaq. Açıq havada keçirilən tədbirlər, o cümlədən konsertlər daha yumşaq şəraitdə baş tutacaq.

Bundan əvvəl bir sıra Avropa ölkələrində, o cümlədən Böyük Britaniya, Fransa və İspaniyada virusa qarşı məhdudiyyətlərin ləğv edildiyini və ya qismən ləğv edildiyi bildirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti