...

Madaqaskarda "Batsirai" qasırğası nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb

Dünya xəbərləri Materials 12 Fevral 2022 05:46 (UTC +04:00)
Madaqaskarda "Batsirai" qasırğası nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb

Bakı. Trend:

Madaqaskarda "Batsirai" qasırğası nəticəsində ölənlərin sayı 120-yə yüksəlib, on minlərlə insanın evsiz qalıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Dövlət təbii fəlakətlərlə bağlı yardım agentliyi ölüm hallarının 87-nin Madaqaskarın cənub-şərqindəki yerləşən İkonqo rayonunda qeydə alındığını bildirib, bundan əlavə məlumatların hələ də yeniləndiyini nəzərə alaraq, bu sayın artacağı istisna edilmir.

Bundan əvvəl agentlik ölənlərin sayını 111-dək artığını bildirmişdir. Siklon təxminən 124,000 insanın evlərini zədələyib və ya dağıdıb, daha 30 min nəfərin isə tamamilə evsiz qalmağına səbəb olmuşdur. Bu insanlar 108 yerdə düşərgələrdə sığınacaq aldığı vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti