Bakı. Trend:
BMT Ukrayna ətrafında vəziyyətin diplomatiya yolu ilə həllində maraqlıdır.
Trend-in məlumatına görə, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik dyeib.
"Biz diplomatiyanın davamını görürük. Görmək istədiyimiz budur. Düşünürəm ki, insanlar bir-biri ilə səmimi danışmağa dama etməsi çox yaxşı addımdır", - deyə S.Cüjarrik bildirib.
Rəsmi nümayəndə qeyd edib ki, BMT gərginliyin azaldılması istiqamətində istənilən addımları alqışlayır.