...

Braziliyada daşqınlar 30-dan çox insanın ölümünə səbəb olub

Dünya xəbərləri Materials 16 Fevral 2022 16:09 (UTC +04:00)
Braziliyada daşqınlar 30-dan çox insanın ölümünə səbəb olub

Bakı. Orxan Nəbiyev - Trend:

Braziliyanın Rio-de-Janeyro ştatında şiddətli yağışlar və onların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 35 nəfər həlak olub.

Trend-in məlumatına görə, təkcə Petropolis şəhərində 170-dən çox sürüşmə qeydə alınıb, 80 yaşayış binasına ziyan dəyib.

Qeyd olunur ki, ötən gün şəhər ərazisinə 6 saat ərzində bir aylıq yağıntı norması düşüb.

Petropolis şəhərində fövqəladə vəziyyət elan edilib. Axtarış-xilasetmə işlərinə 180 xilasedici cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti