...

Britaniya Daxili İşlər Nazirliyi zəngin miqrantlar üçün "qızıl viza" proqramını ləğv edib

Dünya xəbərləri Materials 18 Fevral 2022 05:36 (UTC +04:00)
Britaniya Daxili İşlər Nazirliyi zəngin miqrantlar üçün "qızıl viza" proqramını ləğv edib

Bakı. Trend:

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel vətəndaşlığından asılı olmayaraq yeni müraciət edənlər üçün ölkəyə sərmayə qoyulmasına görə vizanın verilməsi proqramını ləğv edib.

Trend-in məlumatına görə, bu barədə Britaniya hökumətinin saytında bildirilib.

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel bildirib ki, tədbir “qanunsuz maliyyələşdirmə və fırıldaqçılıqla mübarizənin bərpasının” başlanğıcıdır.

"Qızıl viza" proqramı 2008-ci ildə varlı miqrantları Böyük Britaniya iqtisadiyyatına sərmayə qoymağa təşviq etmək üçün tətbiq edilib. İnvestor vizası almaq üçün ölkə iqtisadiyyatına ən azı 2 milyon funt sterlinq investisiya qoymaq lazım idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti