...

ABŞ-da zəncirvari qəza: 100-dən çox avtomobil toqquşub

Dünya xəbərləri Materials 18 Fevral 2022 15:29 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın İllinoys ştatında 100-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, bu barədə ştat polisi bildirib.

Qeyd olunur ki, qəzaya güclü qar yağması ilə əlaqədar görüş məsafəsinin azalması səbəb olub. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Bölgədə kəskin hava şəraiti ilə əlaqədar magistral yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti