...

Qərbi Avropada qasırğa nəticəsində 10 nəfər ölüb

Dünya xəbərləri Materials 19 Fevral 2022 10:04 (UTC +04:00)
Qərbi Avropada qasırğa nəticəsində 10 nəfər ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Avropanın qərbində tüğyan etmiş "Yunis" (Eunice) qasırğası nəticəsində 10 nəfər həlak olub.

Trend-in məlumatına görə, azı dörd nəfər Niderlandda həyatını itirib. Haaqa şəhərində dağılma təhlükəsi ilə əlaqədar bir neçə yaşayış evindən sakinlər təxliyə olunub.

Bundan başqa, qasırğa üç nəfərin ölümünə səbəb olub.

Eyni zamanda, İrlandiya, Almaniya və Belçikada ümumilikdə 3 nəfər qasırğanın qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti