Bakı. Trend:
Meksikanın şərqindəki Verakrus ştatının Tuspan bölgəsində naməlum silahlı şəxslər polis əməkdaşlarına atəş açıb, azı bir hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə regional ictimai təhlükəsizlik idarəsi "Twitter"-də məlumat yayıb.
"Mılumdur ki, vəzifəsini yerinə yetirərkən bir əməkdaşımız həlak olub, digəri isə yaralanıb. Yoldaşlarımıza qorxaqcasına hücumu pisləyirik, baş verənlər cəzasız qalmayacaq", - yazıda bildirilir.
Hazırda Tuspanda hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçirilib, hücum iştirakçılarının axtarışı federal hüquq-mühafizə orqanları ilə razılaşdırılaraq aparılır.