...

Castin Biber koronavirusa yoluxub

Dünya xəbərləri Materials 21 Fevral 2022 04:29 (UTC +04:00)

Bakı. Trend:

Kanadalı müğənni Castin Biber koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə "TMZ" müğənninin nümayəndəsinə istinadən xəbər verib.

Nümayəndənin sözlərinə görə, C.Biber koronavirusa yoluxması ilə əlaqədar Las-Veqasdakı konsertini təxirə salıb.

"O özünü yaxşı hiss edir. Konsert iyunun 28-nə keçirilib", - deyə nümayəndə bildirib.

C.Biberin növbəti konserti çərşənbə axşamı Arizona ştatının Qlendeyl şəhərində keçirilməlidir, lakin o da ləğv edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti