...

Polşa ATƏT-in növbədənkənar iclasını çağırır

Dünya xəbərləri Materials 21 Fevral 2022 01:36 (UTC +04:00)
Polşa ATƏT-in növbədənkənar iclasını çağırır

Bakı. Trend:

Polşa ATƏT-in Daimi Şurasının növbədənkənar iclası çağıracaq.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Polşanın ATƏT-dəki daimi nümatəndəsi Adam Halaçinski yazıb.

"Ukraynanın ATƏT-dəki nümayəndəliyinin tələbi ilə ATƏT Daimi Şurasının növbədənkənar iclasını çağıracağam. ATƏT-in fəaliyyətdə olan sədrinin Ukraynadakı xüsusi nümayəndəsi Mikko Kinnunen və ATƏT-in Xüsusi Monitorinq Missiyasının rəhbəri iclasa dəvət ediləcək.

Təhlükəsizlik problemlərinin həlli ATƏT-in əsas vəzifəsidir", - deyə A.Halaçinski bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti