Bakı. Trend:
Fevralın 28-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini S.A.Ryabkov ABŞ-ın Moskvadakı səfiri C.Sallivan ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in mətbuat xidmətindən bildiriblər.
"Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəlikləri yaxınlığında düşmən fikirli elementlərin aksiyaları və xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyinə cavabdeh olan ABŞ hüquq-mühafizə orqanlarının bir sıra aksiyalarda fəaliyyətsizliyi ilə bağlı səfirə kəskin etiraz edilib. Vaşinqtonun beynəlxalq öhdəliklərə uyğun olaraq, Rusiyanın xarici nümayəndəliklərinin toxunulmazlığının təmin edilməsi, onların əməkdaşlarının və ailə üzvlərinin həyat və sağlamlığının qorunması üçün təcili olaraq kompleks tədbirlərin görülməsi tələbi səsləndirilib", - deyə XİN-dən bildirilib.
Qeyd edilib ki, həmçinin hərbi-siyasi sahə də daxil olmaqla ikitərəfli gündəlikdəki bəzi digər məsələlərə toxunulub.