...

BAEA Zaporojye AES-dəki yanğından xəbərdardır

Dünya xəbərləri Materials 4 Mart 2022 08:22 (UTC +04:00)
BAEA Zaporojye AES-dəki yanğından xəbərdardır

Bakı. Trend:

Ukrayna tənzimləyicisi Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) Zaporojye AES-də radiasiya səviyyəsinin dəyişmədiyini, yanğının əsas avadanlıqlara təsir etmədiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə BAEA-nın "Twitter" səhifəsində deyilir.

"Ukraynanın tənzimləyicisi BAEA-ya Zaporojye AES-in ərazisində radiasiya səviyyəsində heç bir dəyişiklik qeydə alınmadığı barədə məlumat verib. Ukrayna BAEA-ya məlumat verib ki, Zaporojye AES-in ərazisində baş verən yanğın "əsas" avadanlıqlara təsir etməyib, zavodun əməkdaşları nəticələrin aradan qaldırılması üçün tədbirlər görür", - deyə məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti