...

Rusiyada BBC və "Azadlıq" radiosunun fəaliyyəti məhdudlaşdırılıb

Dünya xəbərləri Materials 4 Mart 2022 10:39 (UTC +04:00)
Rusiyada BBC və "Azadlıq" radiosunun fəaliyyəti məhdudlaşdırılıb

Bakı. Trend:

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Dövlət Xidməti (Roskomnadzor) ölkə ərazisində BBC-nin rusdilli xidməti və "Azadlıq" radiosunun saytlarına girişi məhdudlaşdırıb.

Trend-in məlumatına görə, BBC Rusiya ərazisində fasilələrlə işləyir.

Daha əvvəl "Meduza" internet nəşrinin Rusiya ərazisində işi məhdudlaşdırılmışdı. Bundan başqa, "Exo Moskvı" radiosu fəaliyyətini dayandırdığını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti