Bakı. Trend:
Bütün Rusiya banklarının "Visa" və "Mastercard" beynəlxalq ödəniş sistemlərinin kartları Rusiya Federasiyasında fəaliyyətini davam etdirəcək.
Trend-in məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankı xəbər verib.
Bankdan bildiriblər ki, bu cür kartlara bağlı olan hesablardakı müştəri vəsaitləri tam olaraq qorunur və mövcuddur:
"Rusiya bankları tərəfindən buraxılan "Visa" və "Mastercard" beynəlxalq ödəniş sistemlərinin bütün kartları Rusiyada istifadə müddəti bitənə qədər həmişəki kimi işləməyə davam edəcək. Bu kartlar üzrə əməliyyatlar ölkə daxilində Milli Ödəniş Kartları Sistemində aparılır və sanksiyalar onlara təsir etmir".
Rusiyada bu kartların sahibləri bankomatlarda əməliyyatlar apara, kartlarla ödəniş edə, kartdan karta köçürmələr edə biləcəklər. Eyni zamanda Rusiya Mərkəzi Bankı xəbərdarlıq edib ki, "Visa" və "Mastercard" kartları ilə transsərhəd əməliyyatlar aparılmayacaq.