Bakı. Trend:
Ukrayna Prezident Volodimir Zelenski ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüşün təşkilində kömək üçün Almaniya kansleri Olaf Şoltsa müraciət edib.
Trend UNİAN-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın ARD telekanalının "Tagesschau" proqramının efirində Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva bildirib.
Jovkvanın fikrincə, beynəlxalq tərəfdaşlar bu görüşün təşkilinə kömək etməlidirlər, görüş zamanı bir çox aspektlər müzakirə oluna bilər.