Bakı. Trend:
Avropa Komissiyası sabah Rusiyaya qarşı dördüncü sanksiyalar paketini təqdim etmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.
"Sabah biz Rusiyanı təcrid etmək və onun resurslarını tükətmək üçün dördüncü sanksiyalar paketini təqdim edəcəyik", - deyə U. fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanı qlobal dünyadan ayıtəcrid etməyə çalışacaq.