...

İranın səfirini İraq XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 13 Mart 2022 23:41 (UTC +04:00)

Bakı. Trend:

İranın Bağdaddakı səfiri İrac Məscidi İraq Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend-in məlumatına görə, bu barədə İraq XİN-in mətbuat katibi Əhməd əs-Sahaf bildirib.

Onun sözlərinə görə, İranın səfirinə Ərbil şəhərinin raket hücumuna məruz qalması ilə bağlı nota təqdim edilib.

"Xarici İşlər Nazirliyi İranın Bağdaddakı səfirini çağıraraq Ərbil şəhərinə raket hücumu ilə bağlı İraq hökumətinin ona etirazını bildirib", - deyə Ə. əs-Sahaf deyib.

Xatırladaq ki,ötən gecə (12 mart) İraqın Ərbil vilayətində İsrailə məxsus strateji mərkəz İslam İnqilabının Keşikçilər Korpusu (SEPAH) tərəfindən güclü raketlərlə vurulub.

Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanata əsasən, bu hücum, İsrailin İran qüvvələrinə son hücumuna cavab olaraq həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti