...

CAR-da "Meta" şirkəti məhkəməyə verilib

Dünya xəbərləri Materials 15 Mart 2022 06:58 (UTC +04:00)
CAR-da "Meta" şirkəti məhkəməyə verilib

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Rəqabət Komissiyası "Meta"-ya qarşı Facebook və WhatsApp-ın ölkədəki "dominant vəziyyətlərindən sui-istifadə" ilə bağlı iddia qaldırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Komissiya məhkəmədən şirkətə ümumi pul dövriyyəsi on faizinə bərabər “maksimum cərimə” tətbiq edəcəyini gözləyir.

Qeyd olunur ki, məhkəməyə müraciət etmək qərarı digər məsələlərlə yanaşı, 2020-ci ildə Facebook-un dövlətə məxsus GovChat platformasını WhatsApp Business API-dən istifadə imkanından məhrum etmək niyyətində olduğu vəziyyətlə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti