Bakı. Trend:
Yaponiyanın paytaxtı Tokioda naməlum şəxs avtomobilini Xarici İşlər Nazirliyinin ərazisinə sürüb, daha sonra isə nazirliyin binasına çırpılıb.
Trend-in məlumatına görə, həmin şəxsi polis saxlayıb.
Saxlanılarkən o, nazirliyə vacib məlumat çatdırmalı olduğunu iddia edib. Hazırda polis hadisənin səbəbləri ilə bağlı araşdırma aparır.
İnsident nəticəsində xəsarət alanların olmadığı deyilir.