...

Fransada yanacağın bahalaşması ilə bağlı etiraz aksiyaları başlayıb

Dünya xəbərləri Materials 31 Mart 2022 04:11 (UTC +04:00)

Bakı. Trend:

Fransanın paytaxtı Parisdən və ətraf departamentlərdən olan yüzlərlə taksi sürücüsü yanacağın bahalaşmasına etiraz əlaməti olaraq İqtisadiyyat və Maliyyə Nazirliyinin qarşısına toplaşıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, Aksiyanın təşkilatçıları Milli Taksi Federasiyası və Birləşmiş Taksi Kirayəçiləri İttifaqıdır.

Etirazçılar yanacağa ƏDV-nin indiki 10 faizdən əvvəlki 5,5 faiz səviyyəsinə endirilməsini, daxili enerji istehlakına üzən vergi tətbiq edilməsini və elektromobillərə keçidə kömək etməyi tələb edirlər.

Nümayişlər Fransanın digər şəhərlərində də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti