...

CAR-da 253 nəfər daşqınların qurbanı olub

Dünya xəbərləri Materials 13 Aprel 2022 17:50 (UTC +04:00)
CAR-da 253 nəfər daşqınların qurbanı olub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Afrika Respublikasının (CAR) Kvazulu-Natal əyalətində bir neçə gündür davam edən leysan yağışlar və daşqınlar nəticəsində 253 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə əyalətin Səhiyyə xidməti bildirib.

Qeyd olunur ki, ötən sutka ərzində Durban şəhərinə 300 millimetr yağıntı düşüb ki, bu da əvvəlki rekorddan iki dəfə çoxdur.

Əyalət rəhbərliyi ziyan dəymiş bölgələri fəlakət zonası elan edib. Ölkə prezidenti Siril Ramaposa bölgəyə baş çəkib.

CAR ərazisində aprelin 8-dən etibarən Antarktidadan daxil olan soyuq hava kütləsi hökm sürür. Meteoroloqlar leysan yağışlarının davam edəcəyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti