...

Ərdoğan Avstriya kansleri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 15 Aprel 2022 05:23 (UTC +04:00)
Ərdoğan Avstriya kansleri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avstriya Kansleri Karl Nehammer arasında telefon danışığı olub.

Trend xəbər verir ki, telefon danışığı zamanı tərəflər Ukraynadakı vəziyyət də daxil olmaqla regional məsələləri müzakirə ediblər.

R.T.Ərdoğan Ukraynada humanitar faciəyə və döyüşlərə son qoymaq üçün bütün imkanlardan istifadə etməyin vacibliyinə işarə edib.

Dövlət başçısı Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını təşviq etmək üçün İstanbul prosesinə dəstək verməyə çağırıb.

Türkiyə lideri həmsöhbətinə Ankaranın müharibənin tez bir zamanda başa çatdırılması səylərindəki rolunu yüksək qiymətləndirdiyinə, habelə İstanbul danışıqları prosesini dəstəklədiyinə görə təşəkkür edib.

R.T.Ərdoğan Ankaranın Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Liderlər Türkiyə-Avstriya ikitərəfli münasibətlərinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti