...

CAR-ın əyalətində daşqınlar nəticəsində 341 nəfər ölüb

Dünya xəbərləri Materials 15 Aprel 2022 05:59 (UTC +04:00)
CAR-ın əyalətində daşqınlar nəticəsində 341 nəfər ölüb

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 341 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə regional hökumətin rəhbəri Sihle Zikalalaya istinadən yerli "eNCA" telekanalı xəbər yayıb.

"Bu günə qədər əyalətin ərazisində təbii fəlakət nəticəsində ölənlərin sayı 341 nəfər təşkil edir. Daha 40 723 nəfər isə xəsarət alıb", - deyə S.Zikalala bildirib.

O qeyd edib ki, fəlakətin episentri əyalətin ən böyük metropolisi Durban şəhərinin yerləşdiyi İtekvini bələdiyyəsi olub. "Ölənlərin əksəriyyəti məhz bu bələdiyyədədndir", - deyə hökumət rəhbəri bildirib.

Onun sözlərinə görə, xilasetmə və axtarış işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti