...

Cənubi Afrikada daşqınlar nəticəsində ölənlərin sayı 400-ə yaxınlaşır

Dünya xəbərləri Materials 16 Aprel 2022 05:48 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Afrikanın şərqindəki KvaZulu-Natal əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 395 nəfərə çatıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə əyalətin Kooperativ İdarəetmə və Ənənəvi Məsələlər üzrə İcraiyyə Şurasının üzvü Sifo Xlomuka bildirib.

Həftənin əvvəlindən ölkənin ən böyük şəhərlərindən biri olan Durban və ətraf rayonları güclü leysan yağışları başlayıb. Yağıntının səviyyəsi rekord həddə - 300 mm-ə çatıb.Güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

Onun sözlərinə görə, ən çox qurban Durbanda qeydə alınıb - 355. Təbii fəlakət səbəbindən 40,7 mindən çox insan regionu tərk etmək məcburiyyətində qalıb.

Hazırda yerli qurumların tımsilçiləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər, ölənlərin sayı dəqiqləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti