...

CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatıb

Dünya xəbərləri Materials 17 Aprel 2022 20:16 (UTC +04:00)
CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatıb

Bakı. Trend:

Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqində Kvazulu-Natal əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 443 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə əyalət hökumətinin rəhbəri Sihle Zikalala brifinq zamanı deyib.

"Ölənlərin sayı 443 nəfərə çatıb, 63 nəfər isə itkin düşmüş sayılır", - deyə S.Zikalala bildirib. Xatırladaq ki, daha əvvəl 398 nəfərin öldüyü bildirilirdi.

Onun sözlərinə görə, ən çox ölüm halı İtekveni bələdiyyə dairəsində qeydə alınıb. Burada təbii fəlakət nəticəsində 350-dən artıq insan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti