...

London məhkəməsi Culian Assanjın ABŞ-a ekstradisiyası barədə qərar verib

Dünya xəbərləri Materials 20 Aprel 2022 17:07 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda Vestminster magistrat məhkəməsi "Wikileaks" saytının təsisçisi Culian Assanjın ABŞ-a ekstradisiya olunması ilə bağı qərar verib.

Trend-in məlumatına görə, bu barədə məhkəmənin açıqlamasında deyilir.

Qeyd olunur ki, bundan sonra C.Assanjın ABŞ-a təhvil verilib-verilməməsi ilə bağlı yekun qərarı Böyük Britaniyanın daxili işlər naziri Priti Patel verəcək.

Eyni zamanda, C.Assanj bu qərarla bağlı Londonun Yüksək məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Xatırladaq ki, C.Assanj ABŞ hökuməti tərəfindən məxfi məlumatların ictimailəşdirilməsində ittiham olunur. Ona ABŞ-a ekstradisiya olunacağı təqdirdə 175 il müddətinə həbs cəzası verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti