Bakı. Trend:
Tunis sahillərində 4 qayığın qəzaya uğraması nəticəsində ölən miqrantların sayı 17-yə yüksəlib.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən bildirib.
Məlumata əsasən, bu gün daha beş nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin ümumi sayı 17-yə çatıb.